DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

FHN Qırmızı Bazardakı yanğınla bağlı məlumat yaydı – VİDEO

1 dəqiqəyə oxunur

Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli rayonunda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən  bildiirb ki, 30 iyun 2021-ci il tarixində nazirliyin “112” qaynar telefon xəttinə rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.