![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1625125377_ermen-1625123867.jpg?resize=609%2C342&ssl=1)
Ermənistanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 225 221 nəfərə çatıb. Son 24 saat ərzində koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4517-yə yüksəlib.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 100 nəfərdir. Aktiv xəstələrin sayı 2722 nəfər təşkil edir.