DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Ucarda “Opel” “KamAZ”la toqquşdu – Azyaşlı uşaq öldü

1 dəqiqəyə oxunur

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində baş vermiş qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Arazmedia.Az Unikal.org-a istinadən xəbər verir ki, ölən azyaşlı İlyas Elçin oğlu Cəlilovdur.

Qeyd edək ki, gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Elçin Cəlilovun idarə etdiyi “Opel” markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini – 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.