DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin əhəmiyyətindən DANIŞDI

1 dəqiqəyə oxunur

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edib.

Arazmedia.Az xəbər verir ki, bu barədə nazir öz Tvitter səhifəsində paylaşım edib:

“Ölkəmizdə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir.

İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək. Müsabiqə iştirakçılarına uğurlar”, – nazir əlavə edib.