![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/06/1624800544.modern.az-27.06.2021-1624798966.jpg?resize=620%2C440&ssl=1)
İnqilab Keşikçiləri Ordusu tabeliyindəki Bakiatullah Tibbi Elmləri Universiteti tərəfindən COVID-19-a qarşı yaradılan “Noora” vaksini təqdim edilib.
Arazmedia.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, vaksinin təqdimatında İnqilab Keşikçiləri Ordusu baş komandiri, general-leytenant Hüseyn Səlami və səhiyyə naziri Səid Nəməki iştirak edib.
Vaksinin ilk dozu universitetin dekanı Dr. Samadiniyaya tətbiq olunub.