Bakıya gələcək ikinci yığma dəqiqləşəcək – AVRO-2020
1 dəqiqəyə oxunur
Share
AVRO-2020-də 1/8 final mərhələsi davam edir.
Arazmedia.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Baş tutacaq qarşılaşmalardan sonra 1/4 final mərhələsinin ilk iki cütlüyü də müəyyənləşəcək.
Günün ilk matçı Budapeştdə olacaq. Yer aldığı qrupu maksimum nəticə ilə başa vuran Niderland Çexiyanı sınağa çəkəcək. Bu görüşün azərbaycanlı azarkeşlər üçün önəmi daha böyükdür. Çünki qalib gələcək komanda 1/4 finalda Danimarka ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
Erkən finallardan sayılan cütlükdə Belçika ilə son çempion Portuqaliya Sevilyada münasibətlərinə aydınlıq gətirəcək. Bu dueldən üzüağ çıxacaq tərəf növbəti mərhələdə İtaliyaya rəqib olacaq.
AVRO-2020 1/8 final 27 iyun 20:00. Niderland – Çexiya Baş hakim: Sergey Karasyov (Rusiya) Budapeşt. “Puşkaş Arena”
23:00. Belçika – Portuqaliya Baş hakim: Feliks Brix (Almaniya) Sevilya. “Kartuya” stadionu