Xırdalan şəhərində bazarda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində bazar ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olandan sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 m² sahədə piştaxta və plasmas su çəni yanıb. Share