DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Bazardakı yanğında 5 polis tüstüdən zəhərləndi

1 dəqiqəyə oxunur

“İyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb”.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb: “Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir. Yanğının baş vermə səbəbləri araşdırılır”.