DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Süleyman Mikayılov videokonfrans keçirdi – FOTOLAR

2 dəqiqəyə oxunur

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti günü münasibətilə videokonfrans keçirilib.

Arazmedia.Az  xəbər verir ki, videokonfransda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, aparatın işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak edirdi.

Videokonfransı giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edərək vurğuladı ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılıb. Dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söhbət açan natiq qeyd etmişdir ki, bu insanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyevin cənablarının daim diqqətindədir.

Tədbirin sonunda dövlət qulluğunda çalışan və bu şərəfli işdə əməyi olan hər bir dövlət qulluqçusuna cansağlığı və peşə uğurları arzulamış və dövlət qulluğu sahəsində əməkdə fərqlənən dövlət qulluqçularının  Fəxri Fərmanla təltif olunması barədə sərəncam səslənib.