“Azərbaycan parlamenti ötən həftə çox tarixi gün yaşadı. Cənab Rəcəb Tayyib Ərdoğan parlamentə təşrif buyurdu”.
Arazmedia.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox möhtəşəm inkişaf yolu keçib: “Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Qardaş ölkənin bu uğurları bizi sevindirir. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımız arasında olan dostluq və qardaşlıq bizim ən böyük sərvətimizdir. Prezident İlham Əliyein də dediyi kimi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir”.