Hacıqabul rayonunun Qızılburun kəndində “Mercedes” markalı minik avtomobili dəmir maneəyə çırpılıb. Arazmedia.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Share