Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Arazmedia.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar saat 00:12-də Qobustan stansiyasından 25 km qərbdə, Şamaxı rayonunda, 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.