DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ermənistanda parlament seçkiləri keçirilir

1 dəqiqəyə oxunur

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Arazmedia.Az xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Ermənistanda erkən parlament seçkilərində rekord sayda – 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

2 milyon 583 min  vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər – onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçiriləcək.

Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Koçaryan hesab olunur. Koçaryan seçkidə “Ermənistan” blokunun lideri kimi qatılıb.