DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Prezident Ərdoğan: “Sadəcə bu fakt Qarabağın kimə məxsus olduğunu demək üçün yetərlidir”

1 dəqiqəyə oxunur

“İndi gəlsinlər Füzulini görsünlər, necə tar-mar edilib. Gəlsinlər, Qarabağı görsünlər. Dünən yolboyu buranın halını gördük. Buranı necə bombalayıb getmişlər. Bunlar gələrkən işğalçı, gedərkən tar-maredici idi”.

Arazmedia.Az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Milli Məclisdəki çıxışında söylədi. Ermənilərin işğal dövründə, hətta Qarabağı tərk edərkən törətdikləri vəhşiliklərə diqqət çəkən dövlət başçısı bildirdi: “Sadəcə bu fakt Qarabağın kimə məxsus olduğunu demək üçün yetər. Azərbaycanlılar heç bir yeri yıxmadılar.Çünki insan öz yurdunu dağıtmaz. Onların yıxdıqları şəhərləri, kəndləri Azərbaycan yenidən inşa edir. İnşallah bərabər inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik. Vandallıqla mədəniyyət arasındakı fərqi görmək istəyən gəlsin Qarabağdakı duruma baxsın!”R.T.Ərdoğan birdaha yüksək kürsüdən bəyan etdi: “Türkiyə olaraq bu prosesdə də qardaş Azərbaycanın yanında olacağıq”.

E.Paşasoy