DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Sosial şəbəkələrdə yayılan bu videoya yol polisi münasibət bildirdi

1 dəqiqəyə oxunur

Motosiklet sürücüsünün maarifləndirmə məqsədilə hazırladığı videoya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi münasibət bildirib.


Arazmedia.Az Avtosfer.az-a istinadən xəbər verir ki, idarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov bu videonun yayılmasını müsbət qarşılayıb: “Sosial şəbəkələr vasitəsilə yayımlanan motosiklet sürücüsünün təbliğat xarakterli yaydığı bu sujetə biz də qoşuluruq. Sükan arxasında nəinki motosiklet sürücüləri, hətta avtomobil sürücüləri də diqqətin yayınmasına yol versələr bu cür ağır yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olacaqlar. Odur ki, təbliğatı gücləndirmək məqsədi ilə yol polisi bir daha hərəkət iştirakçılarını diqqətli olmağa, sükan arxasında fikri yayındıracaq hərəkətlərə, söhbətlərə yol verməməyə, o cümlədən mobil telefondan istifadə etməməyə səsləyir”.