“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.
Arazmedia.Az-ın xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”, – Prezident vurğulayıb.