Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov YAP Yevlax rayon təşkilatının inzibati binasında seçiciləri ilə görüş keçirib,onların problemləri ilə yaxından maraqlanıb.
Arazmedia.az xəbər verir ki, millət vəkili görüş zamanı Mətləb Əhmədovun, Əsəd Şahmalıyevin, Ülviyyə Qasımovanın problemlərini dinləyərək onların həlli istiqamətində müvafiq qurumlarla əlaqə saxlamış və seçiciləri narahat edən problemlərinin həll ediləcəyini diqqətə çatdırmışdır.