DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

UEFA-dan Eriksenin son durumu ilə bağlı AÇIQLAMA

1 dəqiqəyə oxunur
UEFA-dan Eriksenin son durumu ilə bağlı AÇIQLAMA 12 İyun 2021

UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.

Arazmedia.Az xəbər verir ki, qitə futbol qurumunun məlumatında 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu bildirilib.

Qarşılaşma ilə bağlı yekun qərarın Bakı vaxtı ilə saat 21:45-də veriləcəyi vurğulanıb.

Danimarka Futbol Federasiyası isə təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.