Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Arazmedia.Az xəbər verir ki, Mineralnıe Vodı-Bakı reysləri iyunun 19-dan işə düşəcək. Uçuşlar həftədə bir dəfə, şənbə günləri baş tutacaq. Rostov şəhərindən Bakıya uçuşlar iyunun 23-dən başlayacaq və çərşənbə günləri həyata keçiriləcək. Krasnodardan isə reyslər iyunun 26-dan başlayacaq. Bu reyslər həftənin şənbə günləri baş tutacaq. Share