DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

AZAL-ın təyyarəsinin mühərrikinə quş girdi

1 dəqiqəyə oxunur
AZAL-ın təyyarəsinin mühərrikinə quş girdi 12 İyun 2021

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

Arazmedia.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.