DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Siyasət

YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib

1 dəqiqəyə oxunur
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib 11 İyun 2021

Yeni Azərbvaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə video-müşavirə keçirilib. Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov müşavirədə çıxış edərək YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan siyasi, iqtisadi və hərbi uğurlardan bəhs edib. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və qazanılan nailiyyətlər hər birimizi qürurlandırır və üzərimizə düşən məsuliyyət hissini artırır.

 A.Hüseynov müşavirədə tariximizin ən əhəmiyyətli hadisələrdən biri olan 15 İyun Milli Qurtuluş Günü barədə də danışıb.  Qeyd olunub ki, Azərbaycan 1993-cü ildə – parçalanaraq müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev xalqımızın yekdil şağırışı ilə hakimiyyətə qayıdaraq ölkəmizi yeni bir inkişaf dövrünə qovuşdurdu.  Ümummilli Lider müdrik rəhbərliyi sayəsində Azərbaycanın dövlətçiliyini məhv olmaqdan xilas etdi. Ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyaraq bu günümüzə gəlib çatdı.

Müşavirədə YAP Mərkəzi Aparatı tərəfindən partiyanın rayon və ərazi təşkilatları qarşısında qoyulan vəzifələrə toxunulub, görülən işlər barədə danışılıb, çatışmamazlılqların aradan qaldırılması üçün müvafiq işlərin görülməsi müəyyənləşib. Partiya uçot işi, üzvlük haqları və qəbulla bağlı müvafiqlar tapşırıqlar  verilib. İlin əvvəlindən təşkilatın sıralarına 431 nəfərin üzvlüyə qəbul olunduğu bildirilib.  “Sədərək” Ticarət Mərkəzi, SOCAR Metanol zavodu, Qaz emalı zavodu və digər ərazi partiya təşkilatlarının fəaliyyəti müsbət qiymətləndirilib.

Müşavirədə ərazi partiya təşkilatlarının sədrləri çıxış edib, fikir mübadiləsi aparılıb