DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Hadisə

Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi yenidən ATƏŞƏ TUTDU

1 dəqiqəyə oxunur
Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi yenidən ATƏŞƏ TUTDU 11 İyun 2021

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – nazirlikdən bildirilib.