DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

Mariya Stadnik qızıl medal qazandı – YENİLƏNİB

1 dəqiqəyə oxunur
Mariya Stadnik qızıl medal qazandı - YENİLƏNİB 10 İyun 2021

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı “Poland Open” turnirində final görüşünə çıxıb.

Arazmedia.Az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

14:49

xxx

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı “Poland Open” turnirində mübarizəyə başlayıb.

Arazmedia.Az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.