DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

Diplomat Rusiyadan qovulur

1 dəqiqəyə oxunur
Diplomat Rusiyadan qovulur 10 İyun 2021

Rusiya Şimali Makedoniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Arazmedia.Az xəbər verir ki, 10 iyun tarixində Şimali Makedoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Oliver Çauşevskaya-Dimovskaya Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və burada səfirliyin bir diplomatının persona non-qrata elan edilməsi barədə nota təqdim olunub.

“Bu tədbir Şimali Makedoniya tərəfinin may ayında Rusiya səfirliyinin diplomatını persona non-qrata elan etməsinə dair əsassız qərara cavabdır”, – XİN-dən bildirib.