DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirilib

1 dəqiqəyə oxunur

Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib.

XİN-dən məlumata görə, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.