DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Avropada vaksinasiya səviyyəsi yetərli deyil – ÜST-dən AÇIQLAMA

1 dəqiqəyə oxunur

Avropada COVID-19 əleyhinə vaksinasiya səviyyəsi koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün yetərli deyil.

Arazmedia.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klüqe deyib.

Onun sözlərinə görə, hazırda regionda koronavirusa yoluxanların, xəstəxanada müalicə alanların və ölənlərin ümumi sayı azalsa da, hakimiyyət orqanları 2020-ci ilin yay aylarında olduğu kimi, məhdudiyyət tədbirlərini vaxtından əvvəl ləğv etməməlidir:

“Ötən ilin yay fəsli ərzində nisbətən cavan yaş qrupları, sonra yaşlı insanlar arasında xəstələrin sayı tədricən çoxalmağa başladı. Bu da nəticə etibarilə payız və qış aylarında yoluxma hallarının kəskin artmasına, karantinə və çoxsaylı ölüm hallarına gətirib çıxardı”.