DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

UEFA rusiyalı referiyə ağır cəza verdi

1 dəqiqəyə oxunur
UEFA rusiyalı referiyə ağır cəza verdi 09 İyun 2021

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.

Arazmedia.Az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.