UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.
Arazmedia.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.
2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.