Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 821 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb. Arazmedia.Az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 351 249, xəstəlikdən ölənlərin sayı isə 4 982 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 335 895 nəfərin sağaldığı bildirilir. Share