Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb. Arazmedia.Az apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binasi) C blokunda qeydə alınıb. Binaya qonaq gələn ailənin üç yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub. Share