Gürcüstanda ötən sutkada koronavirusa 1 023 yeni yoluxma halı təsdiqlənib, 510 nəfər müalicə olunaraq sağalıb, 17 pasiyent ölüb.
Arazmedia.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 350 428 nəfər yoluxub, onların 335 029-u sağalıb, 4 951-i vəfat edib.
Son 24 saat ərzində 29 517 test yoxlaması həyata keçirilib.