DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

İcra başçısı polis və prokurorluğa müraciət etdi – Qanunsuz tikinti dayandırılsın!

1 dəqiqəyə oxunur
İcra başçısı polis və prokurorluğa müraciət etdi – Qanunsuz tikinti dayandırılsın! 07 İyun 2021

Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin yaratdığı narazılıq davam edir.

Arazmedia.Az Unikal.org-a istinadən xəbər verir ki, aidiyyatı qurumlar tikintinin qanunsuz olduğunu əsas gətirərək prosesin dayandırılması ilə bağlı qərar versələr də, tikinti davam edir. Məsələ ictimailəşəndən sonra sözügedən ərazidə tikintinin aparılması ilə bağlı sərəncam verən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. 

Belə ki, icra hakimiyyətinin başçısından Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Abşeron rayon polis idarəsinə və rayon prokurorluğuna müraciət olunub ki, sözügedən ərazidə layihədən kənar hər hansı qanunsuz tikinti aparılarsa, müdaxilə olunaraq, qanuni tədbirlər görülsün. 

Nəzərinizə çatdıraq ki, Abşeron rayon Xırdalan şəhər, Şıxəli Qurbanov küçəsi 38 ünvanında Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan yaşayış evinə sərəncam verilib. Həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin bir neçə gün öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirir.

Qeyd edək ki, əgər burada tikinti davam edərsə, bunun məsuliyyətini Gülzar Cəlilova və Araz Musayev daşıyır.