DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi

1 dəqiqəyə oxunur

Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

Arazmedia.Az xəbər verir ki,  qurumun rəsmi saytında yerləşdirilən başsağlığında deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayışın qurbanları iki bizim həmkarımız olub – televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına səmimi başsağlığı verir”.