DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qəhrəmanlıq salnaməmizdən – Rəşad Zülfüqarov-Foto- Video

1 dəqiqəyə oxunur

Artilleriyanın snayperi sayılan D-30 Haubitsa topları ilə düşmənin mövqelərini, çoxlu sayda canlı qüvvəsini, zirehli texnikasını, nəqliyyat vasitələrini, habelə düşmənin silah anbarlarını və digər hərbi obyektlərini dəqiq atəşlərlə məhv edən Komutan Rəşad Zülfüqarov. 

Bu torpaq sizlərin, şəhidlərimizin, qazilərimizin, döyüşdə iştirak edən hər bir şəxsin, vuruşanın, vuruşana silah-sursat, təminat gətirənin, yaralıları və şəhidləri döyüş meydanından çıxaranların, həkimlərin, xalqın, bir sözlə hər bir vətəndaşın fədakarlığı sayəsində işğaldan azad olundu.

Bəlli sayda hərbçilərimiz döyüşlərdə iştirak etdisə, digər təbəqədən olan kişilər isə (xidmətə məhdud yararlı olanlar, yaşı 35-dən yuxarı olanlar),  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərinin  qarşısında saatlarla qalaraq xahiş etdilər, yalvardılar ki, bizi də aparın cəbhəyə.
İndi özünüz fikirləşin. Belə vətənpərvər oğulları olan bir xalqı məhv etmək olarmı? Bu xalqın torpağını ömür boyu işğal altında saxlamaq mümkündürmü?

Əlbəttə yox!
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Ali Baş Komandan!

 Şəhidlərimizə rəhmət yaxınlarına səbr, qazilərimizə şəfalar diləyirik!

Rəşad Zülfüqarovun döyüş meydanındakı qısa görüntüləri.

Hacıağa Qayıbov

Arazmedia.Az