DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Daha bir boksçumuz lisenziya uğrunda mübarizə aparacaq

1 dəqiqəyə oxunur

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Avropa Olimpiya təsnifat turnirində mübarizəyə başlayıb.

Arazmedia.Az xəbər verir ki, boksçumuz Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünü uğurla keçirib.

Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) qarşılaşan M.Abdullayev səkkizdəbir final çərçivəsində baş tutan görüşdə 5:0 hesabı ilə qalib gəlib. O, dörddəbir finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, bundan əvvəl Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqes (81 kq) Avropa Olimpiya təsnifat turnirində Tokio Olimpiadasına lisenziya qazanıblar.