DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

Baş katib Rusiya-Çin əməkdaşlığını ciddi problem adlandırdı

1 dəqiqəyə oxunur
Baş katib Rusiya-Çin əməkdaşlığını ciddi problem adlandırdı 06 İyun 2021

NATO Baş katibi Yens Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın getdikcə daha da yaxınlaşdığını və bunun Şimali Atlantika ittifaqı üçün yeni ciddi bir problemi olduğunu iddia edib.

Arazmedia.Az xəbər verir  ki, bu barədə o, “Welt am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib:

“Bildiririk ki, Rusiya və Çin son vaxtlar həm siyasi, həm də hərbi baxımdan daha sıx əməkdaşlıq edir”.

Onun fikrincə, Moskva və Pekin BMT daxil olmaqla beynəlxalq təşkilatlardakı fəaliyyətlərini getdikcə daha çox koordinasiya edirlər:

“Bundan əlavə, iki ölkə birgə manevrlər, uzun mənzilli döyüş təyyarələri və dəniz əməliyyatları həyata keçirir və döyüş sistemlərinin istifadəsi, internet üzərində nəzarət sahəsində fəal şəkildə təcrübə mübadiləsi aparırlar”.