DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

Azərbaycan millisi Moldovaya qarşı

1 dəqiqəyə oxunur
Azərbaycan millisi Moldovaya qarşı 06 İyun 2021

Bu gün futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.

Arazmedia.Az  xəbər verir ki, Azərbaycan komandası səfərdə Moldova yığmasının qonağı olacaq. Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu matç komandalar arasında sayca 11-ci görüş olacaq. İndiyədək 10 oyunun 8-i yoldaşlıq, 2-si dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.