DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

“Adətən Bakıda yarışlar həyəcanlı olur” – Serxio Peres

1 dəqiqəyə oxunur
“Adətən Bakıda yarışlar həyəcanlı olur” - Serxio Peres 06 İyun 2021

Adətən Bakıda “Formula 1” yarışları həyəcanlı olur. Ən əsası onu demələyim ki, Maks Ferstappenə görə çox məyusam. O, yürüşə gözəl start vermişdi və çıxışı uğurla alınırdı. Əgər hər ikimiz mükafatçılar arasında olsaydıq, daha yaxşı olardı.

Arazmedia.Az xəbər verir ki, bu sözləri “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peres deyib.

“Hər halda bu gün bizim üçün möhtəşəmdir. Yürüş boyu “Mercedes”in pilotu Luis Hamilton bolidini uğurla idarə edirdi. Bizim pit-stop da çox sürətli idi. Təbi ki, bunu “Mercedes”ə də aid etmək lazımdır. Bütün yürüş boyu Luis Hamiltonun təzyiqini hiss etdirdim” – Meksikalı pilot bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. İkinci yerdə “Aston Martin” komandasının almaniyalı pilotu Sebastian Fettel qərarlaşıb. “AlphaTauri” komandasının fransalı təmsilçisi Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.