DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

“PSJ” Veynaldumu transfer etmək istəyir

1 dəqiqəyə oxunur
"PSJ" Veynaldumu transfer etmək istəyir 05 İyun 2021

PSJ “Liverpul”un məşhur futbolçusu Corcinyo Veynaldum uğrunda transfer yarışına qoşulub. 

Unikal.org “ESPN”ə istinadən xəbər verir ki, Ronald Kumanın yerlisini Kataloniya klubuna gətirmək arzusu baş tutmaya bilər. Belə ki, PSJ 30 yaşlı yarımmüdafiəçi üçün masaya elə bir təklif qoyub ki, “Barselona” yarışa bilməz. Ən azı 30 milyon avro dəyəri olan Veynaldumun “qırmızılar”la müqaviləsi iyunun 30-da başa çatır.

Qeyd edək ki, keçən yaydan niderlandlı futbolçunu gətirmək istəyən “Barsa” bu yay transfer hazırlıqlarını davam etdirir. Klub “Siti”dən azad agent olaraq Serxio Aquero və Erik Qarsiyanı transfer edib.