DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Qarabağda bərpa quruculuq işləri gündən-günə vüsət alır”

3 dəqiqəyə oxunur

Hamınızın Azərbaycan  adlı bir vətəni var ! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti  qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.

Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapituliyasiyaya məcbur etdi,düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.

Bu dövürdə dünyada mürəkkəb və ziddiyətli prosseslər davam etməkdədir.

Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağımızın əsas şərti bizim birliyimizdir.

Dünyanın harasında yaşamağımızdan,hansı sahədə çalışmağımızdan asılı olmayaraq əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.

Azərbaycan naminı,onun dünyada yeri, yüksək nüfuz uğrunda daim birlikdə mübarizə aparmalıyıq.Yalnız bu halda anamız Azərbaycanı qoruyaq yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.

30 ilə yaxın bir müddətdə məcburi köçkün həyatı yaşayan yurd həsrətli soydaşlarımız öz torpaqlarına nə vaxt qayıda biləcək ?İndi bu,hamını düşündürəcək bir sualdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da həmin suallar səslənmişdir.

Cənab prezidentin dediyi kimi ilk əvvəl işğaldan azad edilmiş ərazilərin bərpasında minalardan təmizləmə ən əsas məsələlərdən biridir və Prezident b işi gücləndirmək üçün dövlət qurumu yaradıb və formalaşdırıb. Müharibə başa çatdıqdan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək üçün 100-dən çox mütəxəssis ezam edilib.

Belə ki, minalardantəmizlənməli ərazi kifayət qədər böyükdür.

Başdan-başa viranə qoyulmuş o yerlərdə insanlar yalnız köklü quruculuq işləri aparıldıqdan sonra yaşaya bilərlər. Ona görə indi ərazilərin minalardan təmizlənməsi ilə paralel şəkildə ziyanın qiymətləndiriliməsi aparılır.

Pilot lahiyələrə başlanılıb. “Ağıllı kənd” ıahiyəsi həyata keçiriləcək. Zəngilan rayonunun üç kəndində- Birinci,İkinci,Üçüncü Ağalı kəndində bu lahiyələrə start verilib. Orada bütün lazımi infrastruktur,quruculuq,əkin sahələri bərpa ediləcək və sonra təqribən 1000-ə yaxın insan yerləşdiriləcək

Füzulidə hava limanının tikintisinə başlanılıb. Bu beynəlxalq hava limanı olacaq. Bütün işlər plan üzrə getsə, aeroport bu il payızın əvvəlində istifadəyə veriləcək.

Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Onlardan birinə Prezidentimiz “Zəfər yolu” adını verib. Nisbətən aran ərazidən keçən digər yolda hava limanından bir-başa gediş-gəliş təmin edəcək.

Dövlət başçısı böyük qayıdış haqqında belə demişdir: Artıq büdcə,proqramı təsdiq edilib bu ilin sonuna qədər elektirik enerjisi təminatı başa çatdırılacaq. Su təminatı,qaz təminatı yollar…. Biz təkcə evlər tikməli deyilik,orada xəstəxanalar,məktəblər,bağçalar tikilməlidir. Orada iş yerləri yaradılmalıdı. Çünki orada yaşayan insanlar işlə təmin edilməlidir.

Azərbaycan bu işləri yalnız öz daxili resusları hesabına yerinə yetirəcək. Həm də söhbət təkcə maliyyə resuslarından deyil, texniki imkanlardan da gedir.

İşğaldan azad olunmuş ərazilərdə vətəndaşlarımız üçün ən yaxşı şərait yaradılacaq

   Hamımızın Azərbaycan adlı bir vətəni var ! 

Bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün    müqəddəs və ülvidir.

Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan naminə onun     dünyada yeri,yüksək nüfuzu uörunda daim mübarizə aparmalıyıq.

 “Qarabağ bizimdir- Qarabağ Azərbaycandır”      

RənaYusifqızı