Ermənistanın Xarici İşlər Nazirliyi rəhbərsiz qalıb.
Arazmedia.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, müavinlərin istefası rəsmi olaraq təsdiqlənməsə də, 2020-ci ilin büdcəsinin maliyyə hesabatı dünən parlament komitələrində müzakirə edilməli idi.
Lakin XİN-dən heç kim iştirak etmədiyi üçün iclas baş tutmayıb. Adətən, bu müzakirələrdə ya nazir, ya da müavinlərindən biri iştirak edir. Bu fakt həm də nazir müavinləri Artak Apitonyan, Avet Adonts və Armen Qevondyanın istefa ərizələri yazdıqlarını təsdiqləyir.