DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Lənkəranda ağır qəza – 5 nəfər yaralandı

1 dəqiqəyə oxunur

Lənkəranda istirahətdən qayıdan qohumlar qəzaya düşüb.

Arazmedia.Az xəbər verir ki, avtoqəza rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib.

1999-cu il təvəllüdlü Yusif Nəhmətovun idarə etdiyi “VAZ 2104” markalı avtomobil qəzaya uğrayıb. Avtomobildə olan sərnişinlər – 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qəmbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qəmbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqarə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)