Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi məlum olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur. O, Vətən Müharibəsi iştirakçısıdır. İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.