ABŞ-ın Kaliforniya ştatında 5,9 maqnitudalı zəlzələ olub.
Bu barədə Arazmedia.az ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir.
Onun məlumatına görə, yeraltı təkanların episentri Marklivill yaşayış məntəqəsindən 32 kilometr cənub-şərqdə, ocağı isə 9,8 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.