Məşhur mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib.
Arazmedia.az xəbər verir ki, məlumatda istifadəçilərdən hesablarının təhlükəsizliyini təmin etmək üçün telefonlarının doğrulama kodunun başqaları ilə paylaşmamaları tövsiyə olunur.
Xəbərdarlıqda bildirilir ki, doğrulama kodunun insanlara mesaj kimi gəlməsi başqa bir şəxsin hesabı ələ keçirtməyə çalışdığının göstəricisidir. Bu kod olmadan telefon nömrəsini doğrulamağa çalışan şəxs doğrulama əməliyyatını tamamlaya bilməz.
“WhatsApp”ın yaydığı məlumatda istifadəçilərdən hesablarını qorumaq üçün kimlik doğrulama kodlarını başqaları ilə paylaşmamaları tələb olunub:
“Əgər sizə də “doğrulama kodunuzu başqaları ilə bölüşmək” kimi qısa mesajlar gəlirsə bunu kimsəylə paylaşmayın”.