Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdiriblər.
Arazmedia.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçan təyyarənin dənizə düşdüyü ehtimal edilir.
Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla 22 sərnişin olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb, qaynar xətt işləyir. Hazırda meteoroloji şərtlər axtarış üçün əlverişsizdir.