Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.
Arazmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 591-ə çatıb.