“PROACT-Care” layihəsi çərçivəsində ÜST Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.
Arazmedia.az xəbər verir ki, tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.