Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:
“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.