Türkiyənin İstanbul şəhərində 11 mərtəbəli bina çöküb.
Arazmedia.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Sarıyer səmtində baş verib.
İki il əvvəl riskli olduğu üçün binanın boşaldılması böyük bir faciənin qarşısını alıb. Hadisə nəticəsində üç maşın zərər görüb.
Hadisə yerinə fövqəladə hallar, tibb, polis, bələdiyyə və AFAD əməkdaşları cəlb edilib. İlkin araşdırmalarla dağıntılar altında heç kimin qalmadığı qənaətinə gəlinib.
Dağıntı zamanı başqa binalara zərər dəyib-dəymədiyini müəyyənləşdirmək üçün işlər davam edir.